Formula 1-də Berni Ekklstoun erası başa çatır

Gündəm 23 Yanvar 2017 11:10 Oxunub 789
Formula 1-də Berni Ekklstoun erası başa çatır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İngiltərəli biznesmen bu həftə postu ilə vidalaşacaq

Formula 1-in promouteri Berni Ekklstoun təşkilatın ömürlük prezidentliyindən imtina etmək niyyətindədir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, mənbə ingiltərəli biznesmenin bu həftə postu ilə vidalaşacağını bildirib. Ona fəxri prezident postu təklif olunub. Formula 1-in yeni sahibləri idarəetmə strukturunda yenilənmə aparmaq, B.Ekklstounun səlahiyyətlərini bir neçə şəxs arasında bölüşdürmək istəyirlər. Bunadək yarışın sədri postuna Çeyz Keri gətirilib. Kommersiya departamentinin rəhbəri Şon Bretçs ola bilər. Seriyanın idman tərəfinə isə Ross Braun kömək edəcək. Qeyd edək ki, 87 yaşlı Berni Ekklstoun Formula 1-ə 40 ildir rəhbərlik edir. 2016-cı ilin sentyabrında şirkətin səhmlərinə "Liberty Media" korporasiyası sahib çıxıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh