İki avtomobil toqquşdu: 5 ölü, 4 yaralı

Qəzalar 23 Yanvar 2017 11:13 Oxunub 1003
İki avtomobil toqquşdu: 5 ölü, 4 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya düşmüş avtomobillərdən birinin sürücüsü qadın olub

Rusiyanın Xantı-Mansiysk muxtar rayonundakı magistral yolda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 5-ə çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəzaya düşmüş avtomobillərdən biri – "Toyota Rav"ın sürücüsü qadın olub. O və 3 sərnişini hazırda Xantı-Mansiyskdəki klinikalardan birinə müxtəlif dərəcəcəli xəsarətlə yerləşdiriliblər. Qeyd edək ki, hadisə Tümen - Xantı-Mansiysk avtomagistral yolunda, ötən gün, yerli vaxtla saat 14:15-də qeydə alınıb. İllkin məlumatda bildirilirdi ki, "Toyota Rav4" və "Mitsubishi Lancer" avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

***19:18

Rusiyada bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Hadisə Tümen - Xantı-Mansiysk avtomagistral yolunda, yerli vaxtla saat 14:15-də qeydə alınıb. Belə ki, "Toyota Rav4" və "Mitsubishi Lancer" avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Hadisənin başvermə səbəbləri araşdırılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh