Bişkek yaxınlığında qəzaya uğramış təyyarədə ölənlərin sayı 39 nəfərə çatıb

Qəzalar 23 Yanvar 2017 11:14 Oxunub 976
Bişkek yaxınlığında qəzaya uğramış təyyarədə ölənlərin sayı 39 nəfərə çatıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qırğızıstanın Travmatologiya və Ortopediya Elmi-Tədqiqat Mərkəzinə yerləşdirilmiş Saqınbəy Rəhmanov dünyasını dəyişib

Bişkek şəhəri yaxınlığında qəzaya uğramış "Boeing 747 "-də ölənlərin sayı 39 nəfərə çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Qırğızıstanın Travmatologiya və Ortopediya Elmi-Tədqiqat Mərkəzinə yerləşdirilmiş 29 yaşlı Saqınbəy Rəhmanov dünyasını dəyişib. Gəncin ölümünə səbəb çoxsaylı yanıq xəsarətləri olub.

 

"Bizim əməkdaşlar onlardan asılı olan hər şeyi etdilər. Lakin pasiyenti xilas etmək mümkün olmadı" – deyə nazirlikdən bildiriblər. Hazırda Bişkekin xəstəxana və klinikalarında təyyarə qəzası zamanı xəsarət almış 10 nəfər müalicə edilir. Qeyd edək ki, türk şirkətlərindən birinə məxsus olan və Honkonq-Bişkek-İstanbul marşrutu ilə uçan təyyarə Qırğızıstan paytaxtının Manas aeroportunda eniş zamanı qəzaya uğrayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh