Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2-3 aya tamamlanacaq

Yeniliklər 23 Yanvar 2017 11:17 Oxunub 1202
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2-3 aya tamamlanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inşası layihəsinin icrasının tamamlanması və yolun istismara hazır olacağı tarix açıqlanıb. Avtosfer.az "Report"a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan açıqlama verib. "Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikinti işlərinin bitməsinə iki ay qalıb. Hazırda ərazidə iş fəal surətdə gedir. Lakin qış mövsümünün çətinliklərini nəzərə alaraq, etiraf etməliyəm ki, BTQ çərçivəsində işlərin cari ilin mart-aprel aylarında yekunlaşdırılması nəzərdə tutulub", - deyə türkiyəli nazir əlavə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh