Böyük Şor-Sabunçu dəmir yolu əsaslı təmir olunur - FOTO

Yeniliklər 23 Yanvar 2017 11:18 Oxunub 1342
Böyük Şor-Sabunçu dəmir yolu əsaslı təmir olunur - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təmir işləri 10 gün davam edəcək

Bakı Sərnişin-Zabrat-Sumqayıt Sərnişin istiqamətində 29,2 km uzunluğunda dəmir yolunun əsasalı təmiri sürətlə davam edir. İşlər mərhələli şəkildə aparılır. Layihə çərçivəsində Böyük Şor-Sabunçu mənzilində 5,3 km uzunluğunda yolun əsaslı təmirinə başlanılıb. Artıq 2,3 km köhnə yol sökülüb. Avtosfer.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan verilən məlumata görə, təmir işləri 10 gün davam edəcək.

Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi həyata keçirir.

Xatırladaq ki, Bakı Sərnişin-Zabrat-Sumqayıt Sərnişin dəmir yolu xəttinin əsaslı təmirinə 2016-cı il noyabrın 8-də start verilib. Bu günə kimi 6,5 km yol qoyulub, eləcə də 5 dəst yoldəyişdirici qurğu quraşdırılıb.

 

Qeyd edək ki, bu yolun qoyuluşu başa çatdıqdan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi qismən də olsa aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh