Ali Baş Komandan İlham Əliyev yeni hərbi şəhərciyin açılışında iştirak edib

Gündəm 23 Yanvar 2017 11:19 Oxunub 1002
Ali Baş Komandan İlham Əliyev yeni hərbi şəhərciyin açılışında iştirak edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” saylı hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib. Avtosfer.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlət başçısı İlham Əliyev əvvəlcə Azərbaycan Ordusunun inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub. Ali Baş Komandan İlham Əliyev hərbi şəhərciyin rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub. Sonra dövlətimizin başçısı, Ali Baş Komandan hərbi qulluqçularla görüşüb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh