Avtomobillərdən akkumlyatorlar oğurlanıb - Salyanda

Gündəm 23 Yanvar 2017 11:22 Oxunub 884
Avtomobillərdən akkumlyatorlar oğurlanıb - Salyanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Salyan rayonunda avtomobillərdən akkumlyatorlar oğurlanıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər tərəfindən rayonun Sarvan kənd sakini Əli Əliniyaz oğlu Məmmədova məxsus “Qazel” və “VAZ-2107” markalı avtomobillərindən akkumulyator oğurlanıb. Yerli sakinlərin sözlərinə görə, təkcə son bir ayda sözügedən kənddə, axşam saatlarında avtomobillərdən yalnız akkumulyatorlar oğurlanır. Artıq 20-yə yaxın sürücünün avtomobillərindən akkumulyator oğurlanıb. Ümumilikdə oğru və ya oğrular onlara 3 min manatdan çox ziyan vurub. Oğurluqla bağlı zərərçəkmişlər tərəfindən artıq Salyan Rayon Polis Şöbəsinə məlumat verilib. Faktla bağlı Salyan RPŞ-də araşdırmalara başlanılıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh