Ağsu dolaylarında avtomobillərin hərəkəti bərpa olundu

Gündəm 23 Yanvar 2017 12:04 Oxunub 941
Ağsu dolaylarında avtomobillərin hərəkəti bərpa olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sürücülər bu cür hava şəraitinə hazır olmalıdırlar"

Şamaxı rayonu ərazisinə və Ağsu dolaylarına yağan güclü qar nəticəsində yollarda yaranmış problem aradan qaldırılıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. A.Nəcəfli bildirib ki, bu gün səhər saatlarında "Azəravtoyol" ASC-nin əməkdaşları xüsusi texnikalarla həmin ərazidəki yolları qardan təmizləyib və avtomobillərin normal hərəkəti təmin olunub: "Həmçinin, respublikanın dağlıq ərazilərinə ötən axşam və gecə yağan qar səbəbi ilə hazırda avtomobil yollarında problem müşahidə olunmur. Yollara cəlb olunmuş qar təmizləyən texnika və canlı qüvvə tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətində təhlükəsizlik və fasiləsizlik təmin olunub. Buna baxmayaraq, sürücülər bu cür hava şəraitinə hazır olmalıdırlar. İdarə edilən avtonəqliyyat vasitələri qış şinləri ilə təchiz olunmalı və texniki cəhətdən saz vəziyyətdə olmalıdır".

 

Qeyd edək ki, yanvarın 22-də axşam saatlarında yağan qar Ağsu dolaylarında və Şamaxı rayonunun bəzi ərazilərində avtomobillərin hərəkətinə problemlər yaratmıışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh