70 yaşlı qadın faciəvi şəkildə həyatını itirdi - Bakıda

Qəzalar 23 Yanvar 2017 12:12 Oxunub 1025
70 yaşlı qadın faciəvi şəkildə həyatını itirdi - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törədən sürücünün izahatı alınıb

Ötən gün Suraxanı rayonu, Bülbülə qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az salamnews-a istinadən xəbər verir ki, 70 yaşlı Mustafayeva Gülqız Nəsib qızı yolu keçmək istəyərkən avtomaşın onu vurub. Hadisə yerinə təcili tibbi yardım stansiyasının əməkdaşları gəlsə də, xəsarətləri ağır olduğundan o, hadisə yerində keçinib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb. Müayinə zamanı Suraxanı rayon sakinində kəllə sümüklərinin sınığı aşkar edilib.

 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən sürücünün izahatı alınıb. Təyin olunacaq avtotexniki ekspertizanın rəyindən sonra fakta hüquqi qiymət veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh