Avstraliya aeroportlarında pasport yoxlaması olmayacaq

Gündəm 23 Yanvar 2017 12:56 Oxunub 928
Avstraliya aeroportlarında pasport yoxlaması olmayacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinin şəxsiyyəti avtomatik olaraq müəyyənləşəcək

Avstraliya hökuməti hava limanlarında pasport yoxlamasını ləğv etməyi və xarici sərnişinlərin kimliyini müəyyənləşdirəcək yüksək texnologiyalı sistem tətbiq etməyi planlaşdırır. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ölkə aeroportlarında ziyarətçilərin üzünü, gözünü və barmaq izlərini skan edəcək avadanlıqlar quraşdıracaq və bu cihazlardan alınmış məlumatlar məlumatlar bazasında yoxlanılacaq. Sərnişinin şəxsiyyəti avtomatik olaraq müəyyənləşəcək və buna çox vaxt lazım olmayacaq. Avstraliya hökuməti 2020-ci ilə qədər xaricdən gələnlərinin 90 faizinin belə sistemin köməyi ilə yoxlanılmasını istəyir. Artıq bu istiqamətdə tədbirlər planı hazırlanıb. Bu ilin iyul ayında yeni texnologiyaları paytaxt Kanberranın, noyabrda isə ölkənin digər iri şəhərləri olan Sidney və Melburnun hava limanında tətbiq edəcəklər. Layihə 2019-cu ilin mart ayında başa çatdırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh