SSRİ-dən aparılan "Mercedes" 6 milyon yarıma satıldı

Avtobazar 23 Yanvar 2017 21:00 Oxunub 1622
SSRİ-dən aparılan "Mercedes" 6 milyon yarıma satıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşının yeni sahibi bilinmir

ABŞ-da "Sotheby's" hərrac evində unikal "Mercedes" satışa çıxarılıb. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, "Mercedes-Benz 540 K Special Roadster" 6,6 milyon dollara özünə alıcı tapıb. Maşın 1939-cu ildə berlinli art-diler Rolf Hornom tərəfindən alınıb və xüsusi sifariş əsasında yığılıb. Avtomobilin kuzovu "Sindelfingen" emalatxanasında hazırlanıb. Bu sayədə o "540 K Special Roadster"in digər 24 nüsxəsindən fərqlənir. Hərraca çıxarılan maşın bu seriyanın son istehsalı olub. İkinci dünya müharibəsindən sonra maşın sovet administrasiyası tərəfindən 1950-ci ilə kimi istifadə edilib. Daha sonra avtomobili sovet kolleksioneri Artur Leştin alıb və 1964-cü ildə satıb. Maşının yeni sahibi isveçli jurnalist Alf Yoxanson olub. 1967-ci ildə Yohanson bu maşınla Finlandiya sərhədini keçib və onu SSRİ-yə geri gətirib. Bundan sonrakı dövdə isə retro avtomobil Las Veqasdakı otel-kazino "Imperial Palace"da, Kaliforniyada yaşayan Layon ailəsinin kolleksiyasında yer alıb. Maşının yeni sahibinin kimliyi isə açıqlanmır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh