Stalinin sevimli avtomobili 200 milyona satılır - FOTO

Avtoxəbər 23 Yanvar 2017 20:30 Oxunub 3500
Stalinin sevimli avtomobili 200 milyona satılır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Satıcı avtomobilin tamamilə bərpa edildiyini bildirib

Qazaxıstanın Şımkent şəhərinin sakini ZİS-110 minik avtomobilinin satışa çıxarıb. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, elan kolesa.kz avtomobil portalında yerləşdirilib. Satıcı avtomobilin tamamilə bərpa edildiyini bildirib. Avtomobilin qiyməti 200 milyon tengədir (təxminən 1 milyon 100 min dollar). Elanda göstərilib ki, 1956-cı il istehsalı olan ZİS-110 6 litrlik mühərrikə və mexaniki sürət qutusuna malikdir. Qara rəngli avtomobilin salonu dəridən ibarətdir. Məlumdur ki, ZİS-110 keçmiş SSRİ lideri İosif Stalin üçün xüsusi olaraq yaradılmışdı. Avtomobilin konstruksiyası Stalinin çox xoşuna gələn ABŞ-ın “Pakkard” avtomobilinə oxşardır. ZİS-110 II Dünya müharibəsindən sonrakı ilk avtomobilidir. 13 illik istehsal tarixində (1945-1958) bütün modifikasiyaların 2089 nüsxəsi buraxılıb.

http://publika.az/storage/2017/01/23/stalinzis-8.jpg

http://publika.az/storage/2017/01/23/zis_101.jpg

http://publika.az/storage/2017/01/23/pogudx1esgl3p74tqg.0033ef0a.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh