Polislərin xidmət müddəti artırıla bilər

Yeniliklər 23 Yanvar 2017 16:38 Oxunub 3489
Polislərin xidmət müddəti artırıla bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda isə xidmət müddətinin artrılması eyni nəticələr göstərən orta və böyük rəis heyəti vəzifələrində işləyən polis əməkdaşlarına şamil edilir

Azərbaycanın daxili işlər orqanlarında kiçik rəis heyəti (siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir) vəzifəsində çalışan işçilərin xidmət müddəti 5 ilə qədər artırıla bilər. Avtosfer.az xəbər verir ki, Milli Məclisdən trend-ə verilən məlumata görə, bu məsələ “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsinə daxil edilib. Layihəyə əsasən, bu, xüsusi rütbələri tutduqları vəzifələri üçün müəyyən edilmiş rütbə həddinə müvafiq olduğu halda, işlədiyi son 5 ildə xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidmətdə əldə edilən yüksək nəticələrə görə həvəsləndirmə tədbirləri tətbiq olunmuş, intizam qaydasında məsuliyyətə cəlb edilməmiş, fiziki cəhətdən sağlam olan kiçik rəis heyətinə şamil oluna bilər. Hazırda isə xidmət müddətinin artrılması eyni nəticələr göstərən orta və böyük rəis heyəti vəzifələrində işləyən polis əməkdaşlarına şamil edilir. Bu dəyişikliklər Azərbaycanın daxili işlər orqanlarında pensiya yaşına çatmış polis əməkdaşlarının xidmət müddətinin artırılmasını nəzərdə tutan siyahını genişləndirmək məqsədilə təklif edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh