Bakıda təzə maşınlardan seçilməyən ikinci əl avtomobillər - VİDEO

Avtobazar 23 Yanvar 2017 22:12 Oxunub 5323
Bakıda təzə maşınlardan seçilməyən ikinci əl avtomobillər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hətta yarım milyon manat dəyərində olan avtomobillərdə satılır

Bakıda yerləşən avtosalonlarda qiyməti 250, 300  və  400  min manat olan işlənmiş avtomobillər satılır. Bu avtomobillər 2-ci əl olsa da təzəsindən fərqlənmir. Hazırda paytaxtdakı bir çox avtosalonda qiyməti 200 min manatdan yuxarı olan avtomobilləri görmək olur. Satıcılar bildirir ki, indi əsas təlabat görünüşü yaxşı, amma qiyməti aşağı olan avtomobillərədir. 

"Mir" avtosalondan bildirilir ki, dollar manat qarşısında dəyər qazandıqca bu avtomobillərin qiyməti də yüksəlir. Belə bahalı maşınlar əvvəllər xaricdən tez-tez gətirilsə də, indi əsasən ölkədəki avtomobillər satılır. 

Avtosalonlar son dövrlər belə bahalı maşınlara əsasən xarici ölkələrdən maraq göstərildiyini bildirir. Bunun səbəbi maşınların dollar dəyərinin aşağı olmasıdır.

Hazırda paytaxtda hətta yarım milyon manat dəyərində olan avtomobillərdə satılır ki, belə avtomobillərin sahibləri onların açıq satışından çəkinirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh