Kişi düzgün park etməyən hamilə qadın sürücünü döydü

Avtoxəbər 24 Yanvar 2017 09:10 Oxunub 1461
Kişi düzgün park etməyən hamilə qadın sürücünü döydü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadın xəsarətlər alması iddiası ilə polisə şikayət edib

Moskva sakini maşını düzgün park etməyən hamilə qadına xəsarət yetirib. Avtosfer.az-ın ria.ru-a istinadən məlumatına görə, qadın bədənin müxtəlif yerindən xəsarətlər alması iddiası ilə polisə şikayət edib. Onun sözlərinə görə, maşını park etdikdən sonra həmin şəxs ona yaxınlaşıb və maşının keçid üçün mane törətdiyini deyib. Qadın etiraz etmək istəyəndə isə kişi onu vurub. 

Bildirək ki, 30 yaşlı paytaxt sakini polislər tərəfindən saxlanılıb. Onun haqqında sağlamlığa qəsdən zərərvurma maddəsindən dolayı cinayət işi açılıb.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh