"Formula-1"ə yeni icraçı direktor təyin olunub

Yarışma 23 Yanvar 2017 23:40 Oxunub 1580
"Formula-1"ə yeni icraçı direktor təyin olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Berni Ekklstounu bu vəzifədə Çeyz Keri əvəz edib

Berni Ekklstoun "Formula-1"in icraçı direktoru vəzifəsindən getdiyini bəyan edib. "Report" xəbər verir ki, onun sözlərinə görə, sözügedən vəzifə Çeyz Keriyə həvalə olunub. "Mənim yeni vəzifəm? Bu, Amerika terminidir, bir növ fəxri prezident kimi vəzifədir. Mən bunun nə demək olduğunu bilmirəm", - deyə "Auto motor und sport" "Formula-1"in sabiq rəhbərinin sözlərini sitat gətirib.

Qeyd edək ki, 87 yaşlı Berni Ekklstoun "Formula-1"ə 40 ildir rəhbərlik edir. 2016-cı ilin sentyabrında şirkətin səhmlərinə "Liberty Media" korporasiyası sahib çıxıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh