Tıxacda əsəbləri qorumağın yolları - Sürücülər üçün

Avtodünya 23 Yanvar 2017 23:40 Oxunub 1710
Tıxacda əsəbləri qorumağın yolları - Sürücülər üçün
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Düzgün mahnı seçin və pəncərəni açmayın!

Tıxacda uzun müddət gözləyən şəxslər üçün stressi azaltmağın bir neçə sadə yolu var. Bunun üçün iki səbəb var. Birincisi, maşınlardan xaric olunan qaz beyinə təsir edərək qərar qəbul etmək qabiliyyətini zəiflədir və diqqəti cəmləməyə mane olur. Kanada alimləri hesablayıblar ki, çox hərəkətli yol qıraqları ilə yarım saatlıq piyada gəzinti beyində stress üçün xarakterik olan dəyişikliklər doğurur. Maşınlarını pəncərəni açıq saxlamaqla sürməyi sevənlər pəncərələri bağlı olan maşın sahiblərinə nisbətən daha çox gərgin olurlar. Çünki onlar daha çox zərrəli qaz dozası qəbul edirlər.

Maşının pəncərəsini bağlamağın başqa bir səbəbi ətrafdakı maşınlardan gələn səs-küydür. Müəyyən olunub ki, səs-küyün təsiri altında sürücülərdə müxtəlif ağırlıq dərəcələrinə malik nevrozun inkişafı ehtimalı orta hesabla 70%-dir. Sanitar normalara əsasən, sürücünün kabinəsində səsin səviyyəsi 75 desibeli keçməməlidir. Halbuki, yaxından keçən yük maşınının səsi 90 db –a, motosikletdə isə təxminən 85 desibelə bərabərdir. 

Səhiyyə işçiləri əmindirlər ki, səhər yemək yeməyən yaxud bir fincan çay yaxud qəhvə qəbul etməyə vərdiş edən insanlar gün ərzində daha çox stressə məruz qalmaq riskinə malikdirlər. Digər araşdırmalara görə, səhər ac qarına sükan arxasına keçən sürücülər öz “tox” həmkarlarına nisbətən gününü ilk yarısında daha çox yol qəzalarına düşürlər.

Alimlər müəyyən ediblər ki, musiqi sürücülük tərzinə təsir göstərir. Maşın sürərkən ən təhlükəli musiqi sürücünün sevmədiyi yaxud yüksək tempə malik mahnılardır. Yüksək səsli musiqi diqqəti bir yerə toplamağa mane olur, sürətli temp isə sürücünü maşını sürətlə idarə etməyə vadar edir. 

Sürücünün sevmədiyi musiqi isə öz növbəsində stress və huşsuzluq doğurur. Tədqiqatlara əsasən, maşın sürmək üçün ən əlverişli olanı, insanın nəbzinin tezliyi ilə mütənasib olan sakit musiqidir. 

Tıxacda gözləyən zaman sevimli kompozisiyaları zümzümə də etmək olar. Rol arxasında ifa sürücünü reflektor olaraq sürəti azaltmağa və yol qaydalarını pozmamağa sövq edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh