İlk sürücüsüz avtobuslar yola çıxdı

Avtoxəbər 24 Yanvar 2017 19:00 Oxunub 1319
İlk sürücüsüz avtobuslar yola çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusa 12 nəfər yerləşir

Fransanın paytaxtı Parisdə ilk sürücüsüz avtobuslar yola çıxıb. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, iki mini avtobus elektrik mühərriki ilə işləyir. Hələlik bu layaihə eksprimental hesab edilir. Ancaq uğur qazanacağı təqdirdə şəhər rəhbərliyi sayın arta biləcəyini deyir.  Avtobusların marşrut xətti qısadır. Onlar yoluna başqa nəqliyyat vasitələri daxil olmur. Hər bir avtobusa 12 nəfər yerləşir. Onlar lazer işıqlar və kameralarla təhciz ediliblər.

Maraqlıdır ki, bu avtobuslar geri də çevrilmirlər. Son dayanacağa çatanda o yenidən geriyə doğru hərəkətə başlayır.

 

Qeyd edək ki, son illərdə pilotsuz nəqliyyat vasitələrinə maraq sürətlə artır. Dünyanın ən iri avtokonsernləri bu tipli maşınları yaratmaq uğrunda bir-biri ilə rəqabətə başlayıblar. Artıq 2020-ci ilə BMW və "Volkswagen", eləcə də "General Motors", "Tesla", KIA sürücüsüz avtomobilləri istehsal etməyi planlaşdırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh