Beş marşrutun dayanacağı dəyişdirildi - Bakıda

Yeniliklər 24 Yanvar 2017 19:12 Oxunub 1540
Beş marşrutun dayanacağı dəyişdirildi - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanvarın 24-dən etibarən

Bakıda daha 5 marşrut xəttinin dayanacağı dəyişdirilib. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, yanvarın 24-dən etibarən Dəmir Yolu Vağzalının yanındakı meydan və yol asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar, Azadlıq prospektindən (C.Cabbarlının heykəli) Dilarə Əliyeva küçəsi ilə kəsişməyədək olan ərazi təmirə bağlanıb. Bununla əlaqədar, müntəzəm sərnişindaşıma ilə məşğlul olan bir sıra marşrut xətlərinin hərəkət istiqamətlərinə müvəqqəti dəyişiklik edilib. Belə ki, edilmiş müvəqqəti dəyişikliyə əsasən, 8, 14, 1, 5, H1 (Exspress xətt) üzrə hərəkət edən avtobusların son dayanacağı kimi metronun "28 May" stansiyasının qarşısı deyil, Səməd Vurğun bağının qarşısı müəyyən edilib. 

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh