Sürücünü ağladıb videosunu çəkən yol polisi işdən qovuldu - VİDEO

Yol polisi 24 Yanvar 2017 23:28 Oxunub 8252
Sürücünü ağladıb videosunu çəkən yol polisi işdən qovuldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elvin Mövlanov DYP rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib

Bu gün sosial şəbəkələrdə yol polisinin vətəndaşla dialoqunu özündə əks etdirən video görüntülər yayılıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra, həmin videonu lentə almış yol polisi inspektoru Elvin Mövlanov Baş Dövlət Yol Polisi İdarəsinə çağırılıb və o idarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib. 

Qeyd edək ki, 99 YP 965 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan Elvin Mövlanov yol-hərəkət qaydalarını pozan sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkib. Həmin video sonradan sosial şəbəkələrdə yayılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh