Bakıda küçəni zibilləyən sürücü cəzalandırıldı - VİDEO

Yazarlar 25 Yanvar 2017 08:18 Oxunub 3556
Bakıda küçəni zibilləyən sürücü cəzalandırıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əməlindən peşman olan sürücüyə yol polisində 40 manat cərimə yazılıb

Yanvarın 18-də «Sahil» metrosunun qarşısında 01-BO-401 qeydiyyat nişanlı «Toyota Prado» markalı avtomobilin sürücüsünün küçəni zibilləməsi haqqında Avtosfer.az saytında videomaterial paylaşmışdıq. Paylaşdığımız məlumat əsasında qeyd olunan avtomobilin sürücüsü Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət olunaraq törətdiyi inzibati xətaya görə 40 manat cərimə edilib. Sürücünün özü də Avtosfer.az saytına inzibati məsuliyyətə cəlb olunması haqqında məlumatı təsdiq edib. Sürücü etdiklərinə görə peşman olduğunu və bir daha belə iş görməyəcəyini bildirib.

Məlumata dərhal reaksiya verdiklərinə Bakı Şəhər DYP-nin əməkdaşlarına təşəkkür edirik.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh