DİN-də ciddi kadr dəyişikliyi - General və polkovnik yola salındı

Yol polisi 25 Yanvar 2017 02:46 Oxunub 2769
DİN-də ciddi kadr dəyişikliyi - General və polkovnik yola salındı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ramil Usubov əmr imzaladı

Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər. Bununla bağlı DİN-də tədbir keçirilib. R.Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib. DİN-in mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, S. Gözəlov 1995-ci ildən DİN-in mətbuat xidmətinə rəhbərlik edib. Bu barədə ilk məlumatı "Haqqin.az" saytı yayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh