Maşından baha nömrələr; onları kimlər alır, kimlər satır?

Yazarlar 10 Oktyabr 2014 16:46 Oxunub 21479
Maşından baha nömrələr; onları kimlər alır, kimlər satır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Bu şəkildə nömrə satılmasında qanundan kənar nəsə yoxdur»

 

 

Kamran Əliyev: «Nömrələrin qiyməti 500-2500 manat arasında dəyişir»

 

Avtomobillərə verilən dövlət qeydiyyat nişanlarının  alınmasındakı problemlər ilə bağlı məsələ zaman-zaman müzakirə olunub. Təxminən 3 il öncəyədək dövlət nömrə nişanları Dövlət Yol Polisi İdarələrindən müxtəlif qiymətlərə alınırdı. Qoşa rəqəmlər və hərflər olan nömrələr digər nömrələrdən daha baha qiymət əsatılırdı. Amma 2011-ci ildə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib. Bununla da avtomobillərə verilən qeydiyyat nişanı üçün müəyyən olunan dövlət rüsumu müəyyənləşdirilib. Belə ki, nömrələrin alınmasına görə dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” qanunla 22 manat müəyyən edilib. Amma bəzi nömrələr var ki, qiymətinin bir neçə min manat müəyyənləşdirilib. Belə ki, müxtəlif hərflərlə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrinə görə dövlət rüsumu 1500 manat müəyyən edilib. Əgər bu rəqəmlərlə olan nömrədə hərflər eyni olarsa, qiymət 2500 manat nəzərdə tutulub. Müxtəlif hərflərlə 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələri 1000 manat - hərflər eyni olduğu halda 1500 manat, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrində seriya hərfləri müxtəlif olduğu halda dövlət rüsumu 500, eyni olarsa, 1000 manat təşkil edir. Əslində, "Yol hərəkəti haqqında" qanunda göstərilir ki, satışda olan nömrələr Dövlət Yol Polisi İdarəsinin intnernet səhifəsində və DYP-nin imtahan-qeydiyyat şöbələrində vətəndaşların rahat görə biləcəyi yerdə tablolalarda yazılmalıdır. Burada həm nömrə, həm də onun satış qiyməti qeyd olunmalıdır. Vətəndaş da öz cibinə uyğun nömrəni seçməli, banka ödəniş etməli və qəbzlə birlikdə DYP-yə yaxınlaşıb həmin nömrəni almalıdır. Lakin 3 ilə yaxından DYP qanunun bu müəddəasını icra etmir. Əvəzində isə başqaları bundan çox məharətlə istifadə edir. «Cars in Baku»nun paylaşdığı nömrələrin qiymətləri 1000 manatdan 25 min manatadək dəyişir. Maraqlıdır, DYP-dən kənar bu şəkildə dövlət qeydiyyat nişanlarının satışının təşkil edilməsi doğrudurmu və hər hansı məsuliyyət yaradırmı?

Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov deyir ki, avtomobillərə dövlət qeydiyyat nişanı yalnız Dövlət Yol Polisi tərəfindən verilən bilər: «Minik və yük avtomobillərinə dövlət qeydiyyat nişanları ancaq Dövlət Yol Polisi tərəfindən verilir. Traktorlara isə nömrələri Kənd Təsərrüfatı Nazirliyi də verə bilər. Amma burada bir incəlik var və qanunvericiliklə ziddiyyət yoxdur. Məsələn, vətəndaşın avtomobilində  nömrə var və bundan kiminsə xoşu gəlir. Hər iki şəxs qeyri-rəsmi şəkildə razılaşır və həmin nömrə alınaraq Dövlət Yol Polisində rəsmiləşdirilir. Bu şəkildə nömrə satınlmasında qanundan kənar nəsə yoxdur. AA nömrələri isə yalnız dövlət qurumları və özəl şəxslərdə ola bilər. Əgər bu nömrələr internetdə satılırsa, demək artıq Dövlət Yol Polisindən çıxıb və başqa bir sahibi var. Digər tərəfdən artıq 3 ildir müəyyən nömrələrlə bağlı dövlət rüsumlarının məbləğində dəyişiklik edilib. Həmçinin, göstərilmişdi ki, həmin nömrələrin onlayn formada açıq satışı təsdiq olunsun. Amma hələ də həmin nömrələrin satışı təşkil olunmayıb. Digər tərəfdən isə bu çox mənasız işdir. Dünyanın heç bir normal ölkəsində nömrələrin bu şəkildə satışı yoxdur. Nəyə görə bir nömrə 22 manata digəri 2500 manata satılmalıdır. Bunun arxasında dövlət nömrə nişanlarının verilməsindəki qanundan kənar davranışlar dayanır. Hesab edirəm ki, həmin nömrələrin satılmasının bu şəkildə aparılmasına rəvac vermək bəzi şəxslərin qanuna zidd davranışlarını stimullaşdırmaqdır. Təklif edirəm ki, dövlət qeydiyyat nişanlarının verilməsi ilə bağlı məsələ sıfır vəziyətinə qaytarılsın. Həmin «bərk gedən» ömrələri isə yük maşınları və  ekskvatorlara versinlər». 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə deyir ki, DYP-də 15-20 min manata nömrə satılmır: «Tanınmış və yaxud adi bir vətəndaşa, bir sözlə, hər kəsə nömrələr eyni qiymətə satılır. "Dövlət rüsumu haqqında" qanunda hərflərin, rəqəmlərin kombinasiyası üzrə qiymətlər müəyyən edilib və kimsə həmin nömrəni alırsa, dövlət rüsumunu ödəmək məcburiyyətindədir. Burada söhbət istəkdən asılı olan nömrələrə aiddir. O nömrələrin qiyməti 500-2500 manat arasında dəyişir. Hərf və rəqəmlərin dəyişməsindən asılı olaraq qiymət dəyişir. Hərf və rəqəmlərin düzülüşünün kombinasiya üzrə müəyyən edilən dövlət rüsumu var. Adi sıra ardıcıllığı ilə verilən nömrələrin qiyməti isə 22 manatdır».

 

 

«Cars in Baku» səhifəsində satılan qiymətlərin nömrələri.

 

10 *R 022 - 1500 AZN - Təcili 

90 AA 1*5 - 13500 AZN 

10 A* 600 - 6300 AZN

10 O* 900 - 9000 AZN 

10 *D 900 - 5700 AZN - Yeni 

10 YY 05* - 6200 AZN - Yeni 

10 PP 05* - 6500 AZN 

90 AS 11* - 3300 AZN 

90 *C 010 - 2700 AZN

10 *O 002 - 20000 AZN 

10 O* 009 - 13500 AZN  

10 A* 004 - 7500 AZN 

10 YY 109 - 5700 AZN 

10 EE 666 - 4700 AZN 

10 *A 200 - 4700 AZN 

10 *U 005 - 4700 AZN 

10 *P 333 - 3200 AZN

10 ** 123 - 25000 AZN - Cüt hərif 

10 S* 555 - 14000 AZN - Qeydiyyatla

99 AA 12* - 12300 AZN 

10 A* 003 - 12500 AZN

10 *A 009 - 11500 AZN - Qeydiyyatla 

10 *Z 009 - 11500 AZN - Qeydiyyatla

90 AA 32* - 11500 AZN

90 AS *0* - 11000 AZN - Qeydiyyatla + cüt rəqəm 

90 ** 333 - 6000 AZN - Cüt hərif

10 B* 011 - 5700 AZN

10 E* 006 - 5200 AZN

90 ** 999 - 5000 AZN 

10 Z* 003 - 4700 AZN

90 A* 099 - 4200 AZN

10 *O 050 - 4000 AZN

10 A* 060 - 3700 AZN

10 *R 800 - 3700 AZN 

90 *S 007 - 3300 AZN

90 A* 096 - 3200 AZN

10 *M 110 - 3200 AZN 

10 ** 088 - 2700 AZN - Cüt hərif 

10 ** 033 - 2700 AZN - Cüt hərif

90 *D 011 - 2200 AZN 

90 *K 333 - 2200 AZN 

90 *O 012 - 1200 AZN

10 N* 033 - 1000 AZN

10 ** 036 - 1000 AZN - Cüt hərif

 

Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Əkbər 5 Sentyabr 2018 22:33
90-AA-15 nomresini almaq ucun hansi nomre ile elaqe saxlamaliyam
Elvin Əhməd 18 Avqust 2017 05:29
90 O 012 almaq üçün hansı nömrə ilə əlaqə saxlayım. 0509909012
Elvin Əhməd 18 Avqust 2017 05:27
Salam 90 O 012 almaq üçün hansı nömrə ilə əlaqə saxlayım
Nail 10 Noyabr 2014 22:55
Salam ! Mən Saatlı rayonunda yaşayıram. Mənə məxsus minik maşınını EHtibarnə ilə idarə edirəm. Minik maşını Xacmaz rayonun qeydiyatdadır. Həmin minik abtomobilinin seriya nömresi 27 BM 454 nömrəsini Saatlı qeydiyyatında özgunuləşdirə bilərəmi