"Formula-1"in təqviminə ABŞ-da keçiriləcək küçə yarışının əlavə olunması planlaşdırılır

Avtoreyd 25 Yanvar 2017 11:29 Oxunub 1695
"Formula-1"in təqviminə ABŞ-da keçiriləcək küçə yarışının əlavə olunması planlaşdırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu, Nyu-York, Los-Anceles, Mayami və ya Las-Veqas küçələri üzrə yarışlar ola bilər

"Formula-1" maşınları sinfində avtomobil yarışları üzrə dünya çempionatının yeni sahibi olmuş Amerikanın "Liberty Media" korporasiyası turnirin təqviminə ABŞ-da keçiriləcək küçə yarışını da əlavə etməyi planlaşdırır. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "Formula-1"in yeni icraçı direktoru Çeyz Kerinin sözlərinə görə, o turnirin cəlbediciliyini yaxşılaşdırmaq niyyətindədir. Xüsusilə, "Liberty Media" turnirin artıq ABŞ Qran-prisinin olduğu (Ostində keçirilir, Texas ştatı) təqviminə Nyu-York, Los-Anceles, Mayami və ya Las-Veqas küçələri üzrə yarışları əlavə etmək niyyətindədir. 2017-ci il mövsümünün təqvimində üç küçə yarışı planlaşdırılır: bu Monako, Azərbaycan və Sinqapur qran-priləridir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh