Dünyanın ən hündür zirvəsi yenidən ölçüləcək

Maraqlı 25 Yanvar 2017 11:33 Oxunub 1339
Dünyanın ən hündür zirvəsi yenidən ölçüləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir müddən əvvəl peykdən alınan məlumatlara görə, Comolunqmanın hündürlüyü bir neçə santimetr azalıb

Hindistan hökuməti 2015-ci ildə Nepalda baş verən güclü zəlzələ ilə əlaqədar Comolunqma (Everest) zirvəsini yenidən ölçməyi planlaşdırır. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu hökumətin yaratdığı komissiyanın sədri Svarna Subba bildirib. Onun sözlərinə görə, iki aydan sonra ekspedisiya dünyanın ən yüksək dağ zirvəsinə yola düşəcək: “Zirvənin ölçülməsi bir ay davam edəcək. Daha bir həftə isə hesablamalara sərf olunacaq”. Qeyd edək ki, bir müddən əvvəl peykdən alınan məlumatlara görə, Comolunqmanın hündürlüyü bir neçə santimetr azalıb. 1955-ci ildə aparılan ölçmənin nəticələrinə əsasən, zirvənin hündürlüyü 8848 metr olub. Xatırladaq ki, 2015-ci ilin aprelində Nepalda 7,9 bal gücündə zəlzələ baş verib.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh