Təhlükəsizlik kəmərini bağlayın – Həyata bağlanın - VİDEO

Xəbərlər 10 Oktyabr 2014 21:06 Oxunub 1721
Təhlükəsizlik kəmərini bağlayın – Həyata bağlanın - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dövlət Yol Polisi təhlükəsizlik kəmərinin əhəmiyyətinə dair sosial çarx hazırlayıb

Son vaxtlar yollarımızda baş verən yol qəza hadisələrinin və qəzalarda ölənlərin sayı artır. Qəzalarda ölüm faktlarının sayının artmasında təhlükəsizlik kəmərindən istifadə olunmamasının rolu yüksəkdir. Məhz bu səbəbdən də Avtosfer.az saytı Baş Dövlət Yol Polisi İdarəsinin təhlükəsizlik kəmərinin əhəmiyyəti ilə bağlı hazırladığı sosial çarxı təqdim edir. DYP bununla insanları maarifləndirməyə və təhlükəsizlik kəmərindən istifadə etməyə çağırır. Təhlükəsizlik kəmərindən yol polisinin cəriməsindən xilas olmaq üçün yox, öz həyatınızı sığortalamaq üçün istifadə edin. Təşlükəsizlik kəməri qəza zamanı insan həyatını 80 faizə qədər qoruya bilir.

DYP-nin hazırladığı sosial çarxın adı diqqət çəkir və dərin məna daşıyır: Təhlükəsizlik kəmərini bağlayın – Həyata bağlanın!

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh