MDB-də sürücülərin işi asanlaşır; vahid yol qaydası olacaq

Yazarlar 12 Oktyabr 2014 09:52 Oxunub 2012
MDB-də sürücülərin işi asanlaşır; vahid yol qaydası olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi hazırlanır

MDB ölkələri üzrə yol hərəkətinin vahid qaydaları müəyyən edilə bilər. Anspress-in məlumatına görə, bu sözləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib. O bildirib ki, gələn il MDB dövlətlərin parlamentlərarası assambleyasında yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi təklif ediləcək: "Əhəmiyyətlidir ki, MDB ölkəsində yaşayan vətəndaş yol hərəkət qaydalarının hər ölkədə fərli olmasından əziyyət çəkməsin".

Onun sözlərinə görə, hazırda MDB ölkələri üzrə model qanunun hazırlanması və qanunvericiliyin sinxronlaşdırılması məqsədi ilə yol hərəkəti təhlükəsizliyi üzrə iş aparılır: "Ekspert qrupu 2015-ci ilin birinci yarısına qədər qanunu hazırlamalıdır", - deyə V.Matviyenko bildirib.

Matviyenko belə təşəbbüslərin çox əhəmiyyətli olduğunu qeyd edib. O bildirib ki, MDB iqtisadi, nəqliyyat və s. cəhətdən vahid məkandır: "Biz istəmirk ki, insanlar MDB-nin başqa ölkərinə gəldikdə yol hərəkət qaydalarını yenidən öyrənməyə məcbur qalsınlar. Vahid sistem buna görə də olmalıdır. Onda insanlara daha rahat olacaq və insanlar özlərini müdafiə edilmiş hiss edəcəklər".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh