Ramil Usubov daha bir rəisi işdən çıxartdı

Yol polisi 25 Yanvar 2017 14:08 Oxunub 4359
Ramil Usubov daha bir rəisi işdən çıxartdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun vəzifəsini Tibb İdarəsinin rəisi Mahmud Yusifov icra edir

Daxili İşlər Nazirliyinin (DİN) daha bir yüksəkvəzifəli əməkdaşı təqaüdə göndərilib. Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalının rəisi, tibb xidməti polkovniki Ramiz Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb. Onun vəzifəsini Tibb İdarəsinin rəisi Mahmud Yusifov icra edir.

Qeyd edək ki, Ramil Usubov ötən gün nazirliyin daha iki yüksək rütbəli əməkdaşının təqaüdə göndərilməsi ilə bağlı əmr verib. Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər. R. Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib. (APA)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh