Kamran Əliyev yol polisinə yalvaran şəxs haqqda: “Sürücü də etiraf edir ki…”

Yol polisi 25 Yanvar 2017 15:37 Oxunub 2958
Kamran Əliyev yol polisinə yalvaran şəxs haqqda: “Sürücü də etiraf edir ki…”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Yol polisinin orada 700 manat cərimə deyərkən nəzərdə tutduğu budur" 

“Hazırda məsələylə bağlı araşdırma tamamlanır. Bir azdan geniş açıqlamamız olacaq. Açıqlamada da hər şey göstəriləcək. Orada sürücü özü də etiraf edir ki, elə bildim başqa rayonun yol polisi əməkdaşlarıdır və ona görə də saxlamadım. Bunu sürücü özü də etiraf edir”. Avtosfer.az xəbər verir ki, bu fikirləri “ölkə.az”a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sosial şəbəkədə yayılmış sürücünün yol polisinə yalvarmasını əks etdirən videogörüntü barədə danışarkən səsləndirib. K.Əliyev qeyd edib ki, iri qabaritli avtomobillərin normadan artıq yük götürməsiylə bağlı qanunvericilikdə cərimə nəzərdə tutulur: “Sürücünün cəriməsinin olub-olmadığını deyə bilmərəm. Yol polisinin orada 700 manat cərimə deyərkən nəzərdə tutduğu budur - İnzibati Xətalar Məcəlləsinin 353-cü maddəsində göstərilir ki, iri qabaritli avtomobillərin oxa düşən kütlə parametrləri pozulmaqla yüklənməsinə görə fiziki şəxslər 600 manat cərimə olunur. Əvvəl bu cərimə 600 manatdan 700 manata qədər idi”.

Xatırladaq ki, 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin Mövlanov adlı inspektor saxlatdırdığı sürücünün videosunu çəkmişdi. Görüntülərdə sürücünün ona ağlayaraq yalvardığı əks olunurdu. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh