Təsadüfən metronun platformasından yıxılsanız… - FOTO

Maraqlı 25 Yanvar 2017 19:00 Oxunub 1763
Təsadüfən metronun platformasından yıxılsanız… - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Özünüz çıxmağa çalışmayın…

Qədim bir məsəl var: ""Bıyy" bir dəfə olur". Yəni hər kəs gözləmədiyi vəziyyətə düşə bilər. Lakin mütəxəssislərin sözlərinə görə, dəqiq instruksiya ilə istənilən mürəkkəb şəraitdən çıxmaq mümkündür. Avtosfer.az faktxeber.com-a istinadən metro platformasından təsadüfən yıxılacağınız halda nələr etməyin mümkün olduğu barədə məlumat verir:

Özünüz çıxmağa çalışmayın

Platformanın altında təmas relsi var. Əgər ona toxunsanız, güclü elektrik cərəyanı sizi vura bilər.

Qatar yaxınlıqda yoxdursa, qaçın

Əgər yaxınlaşan qatarın səsini eşitmir və özünü görmürsünüzsə, ayağa qalxıb relslərin arası ilə birinci qatarın dayanacağı yerə kimi qaçmalısınız. Adətən bu yer ağ-qara zolaqla işarələnir. Qaçarkən bərkdən qışqırmağı unutmayın ki, insanlar sizi görsünlər və dərhal növbətçiyə xəbər versinlər.

Əgər qatar yaxınlaşırsa, relslərin arasına uzanmaq lazımdır

Qatar gələn istiqamətdə relslərin arasına uzanaraq əllərinizlə başınızı tutun. Beləliklə, travma almaq ehtimalı minimuma enir. Qeyd edək ki, relslərin qatarla təmas yeri təqribən 0.5 metr hündürlükdə olur. Bu səbəbdən qaydalara dəqiq riayət etsəniz, heç bir zədə almazsınız.

Əgər kimsə sizin gözünüzün qarşısında relsin üzərinə düşərsə

Belə olan halda  dərhal  növbətçiyə, yaxud fövqəladə  çağırış düyməsindən dispetçerə xəbər verin. Bundan başqa, metropolitenin istənilən işçisinə də xəbər vermək olar. Aşağı tullanaraq, ona çıxmağa kömək etmək lazım deyil, çünki aşağıda yüksək gərginlikli rels var. Əgər  növbətçi, yaxud metro əməkdaşı ilə əlaqə yarada bilməmisinizsə, platformadan əllərin dairəvi hərəkəti ilə "Dayan" işarəsi vermək olar. Maşinist bu işarəni görüb, əyləci basar.

Relslərin üzərinə hər hansı bir əşyanız düşübsə

Belə olan halda da onu çıxarmağa çalışmayın. Növbətçiyə məlumat verən kimi  o, xüsusi təhlükəsizlik tədbirləri görərək, əşyanızı oradan çıxaracaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh