DYP reyd keçirdi - Gəncədə

Yol polisi 25 Yanvar 2017 15:57 Oxunub 1596
DYP reyd keçirdi - Gəncədə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İstifadəyə yararsız olan avtomobillərin yol hərəkətlərindən kənarlaşdırılacağı barədə xəbərdarlıq edilib

Gəncədə minik avtomobillərindən yük avtomobili kimi istifadə edən sürücülərə qarşı reyd keçirilib. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi əməkdaşlarının keçirdikləri reyd zamanı üzərində kustar üsulla hazırlanan iri həcmli yük yeri quraşdırılan QAZ-24 və QAZ-31 markalı avtomobillər saxlanılıb. İnspektor Vasif Rüstəmovun bildirdiyinə görə, belə avtomobillər yol verildiyindən daha artıq yük yığmaqla digər hərəkət iştirakçıları üçün təhlükə yaradır. Reyd zamanı 15-ə yaxın iri həcmli yük yerləri quraşdırılan avtomobil saxlanılaraq sürücülərinə qarşı 150 manat məbləğində cərimə tətbiq olunub. Həmçinin avtomobillərdə olan yük yerləri kəsilərək ləğv edilib.

DYP şöbəsindən verilən məlumata görə, belə reydlər bundan sonra da davam etdiriləcək.

 

APA TV

ŞƏRH YAZ
Ad

E-mail

Şərh