Sürücünü ələ salan yol polislərinin hər ikisi işdən qovuldu - RƏSMİ - VİDEO

Yol polisi 25 Yanvar 2017 15:58 Oxunub 11409
Sürücünü ələ salan yol polislərinin hər ikisi işdən qovuldu - RƏSMİ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların hər ikisi daxili işlər orqanlarında xidmətdən xaric edilib

Sosial şəbəkələrdə yol-patrul xidməti inspektorları tərəfindən yük avtomobilinin sürücüsünə qarşı qeyri-etik hərəkətlərə yol verilməsini əks etdirən videogörüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) aparılan xidməti araşdırma başa çatıb. BDYPİ-dən Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, DYP avtomobilində olanlar polis baş serjantları Elvin Mövlamov və Firuddin İdrisovdur. Həmin əməkdaşlardan Firuddin İdrisov 2016-cı ilin dekabrında xidmətdə yol verdiyi digər nöqsanlara görə 13.12.2016-cı il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Elvin Mövlamov isə özünün şəxsi mobil telefonu ilə qeydə aldığı videogörüntülərdəki faktlar təsdiqini tapdığına görə 24.01.2017-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh