Bakı Nəqliyyat Agentliyindən yol qəzalarına qarşı - SUPER VİDEO

Qaydalar 25 Yanvar 2017 16:42 Oxunub 3201
Bakı Nəqliyyat Agentliyindən yol qəzalarına qarşı - SUPER VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Videoçarxlar təsirli ssenarilər əsasında lentə alınıb

Bakı Nəqliyyat Agentliyi maarifləndirmə missiyasına uyğun olaraq, növbəti layihəsini təqdim edir. Avtosfer.az xəbər verir ki, layihə çərçivəsində yol hərəkəti və ictimai nəqliyyatda etik davranış qaydalarına riayət edilməsinin vacibliyini təbliğ edən videoçarxlar hazırlanıb. Əsas məqsəd, insanlara avtomobil idarə edərkən və piyada kimi yolda hərəkət edərkən özlərinin və doğmalarının həyatlarına biganə qalmayaraq təhlükəsizlik qaydalarına əməl etməyin zəruriliyini izah etməkdir. Bunun üçün də videoçarxlar təsirli ssenarilər əsasında lentə alınıb. Videoçarxların ictimaiyyətə çatdırılmasında sosioloji məsuliyyətlərini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi onlara dəstək olan İTV, ARB və "Xəzər" televiziyalarına, eləcə də "APA" Holdinqə və Avtosfer.az saytına təşəkkür edir.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh