Yenilənmiş "BMW M2" modeli - FOTO

Avtobazar 25 Yanvar 2017 21:00 Oxunub 1878
Yenilənmiş "BMW M2" modeli - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Raze modelinin aqreqatı 480 at gücü hasil edir

"BMW M2" modeli yenilənib. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, "RevoZport" tüninq atelyesi yeni layihəsini təqdim edib. Şirkət tərəfindən bu dəfə "BMW M2" modeli üzərində işləyib. Layihə "BMW M2 Raze" adlandırılıb. Yeniliyə əsasən, yeni model bodi-kitlə, əyləc disklərinin ventiyasiyası üçün nəzərdə tutulmuş kəsikləri olan ön splitterlə təchiz edilib. Kupenin texniki göstəricilərinə də "əl gəzdirilib". Əgər adi "BMW M2" modelinin mühərriki 370 at gücü hasil edirsə, Raze modelinin aqreqatı 480 at gücü hasil edir. Buna səbəb titandan hazırlanmış səsboğucu sistem, "ECU" sisteminin təkmilləşdirilməsidir.

http://www.automotonews.ru/wp-content/uploads/2017/01/RevoZport-M2-Raze-Program-3-750x399.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh