Zibil maşınına cərimə yazıldı, sürücü narazı qaldı - VİDEO

Xəbərlər 25 Yanvar 2017 23:06 Oxunub 2026
Zibil maşınına cərimə yazıldı, sürücü narazı qaldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polisin cərimələdiyi sürücü cərimənin düzgün yazılmadığını iddia edir

Siyəzən sakini 30 yaşlı Vüsal Ələsgərov Siyəzən rayonu "Kommunal Müəssisələr Kombinatı"nda sürücü işləyir. Gündəlik işi isə ərazilərdən məişət tullantılarını yığmaqdır. Rayonun mərkəzi küçələrindən birində zibildaşıyan maşını avtobus dayanacağına yaxın ərazidə saxladığı üçün cərimələnib. O deyir ki, avtomobili dayanacaqdan 25 metr aralıda saxlayıb. Polis isə dayanacaq ərazisində dayandığı üçün cərimələyib.

Bununla bağlı Siyəzən rayon Yol Polisi Bölməsindən bildirilib ki, sürücü qaydaları pozaraq avtomobili dayanacağın ərazisində saxlayıb. Ona görə də 40 manat cərimə olunub. İndi sürücü məsələnin araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh