Parkomatların sayının artması sürücülərlə yol polisini üz-üzə qoyur - VİDEO

Yazarlar 25 Yanvar 2017 23:08 Oxunub 1363
Parkomatların sayının artması sürücülərlə yol polisini üz-üzə qoyur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bundan həm sərnişinlər, həm də sürücülər əziyyət çəkir

Paytaxt küçələrində parkomatların sayının artması bəzi küçələrdə problemə çevrilib. Parkomatlar düzgün quraşdırlmadığından yollarda  tıxaclar yaranır. Bundan həm sərnişinlər, həm də sürücülər əziyyət çəkir. Məlumata görə, 70-dən artıq küçə və prospektdə indiyə kimi 300-ə yaxın parkomat qurasdırılıb. Lakin düzgün yer seçilmədiyindən sürücülər hələ də  çətin anlar yaşayır. Bəzən isə yolun bir tərəfində quraşdırılan parkomantda ödəniş edərək yolun hər iki istiqamətində maşın saxlayan sürücülər belə olur.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, parkomatların quraşdırıldığı yerlərdə avtomobillər paralel və ya perpendikulyar park olunmalıdır. Lakin buna əməl olunmur.

Məsələ ilə bağlı açıqlama verən Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədəv bildirib ki, paytaxtda artıq 14  parkomantın yeri dəyişdirilib və problem olan  küçələrdə  bu proses  davam etdiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh