Avtobuslar vaxtından əvvəl qaraja gedir, sərnişinlər yolda qalır - VİDEO

Xəbərlər 25 Yanvar 2017 23:11 Oxunub 1941
Avtobuslar vaxtından əvvəl qaraja gedir, sərnişinlər yolda qalır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlər soyuq havada həmin avtobusların yolunu gözləyirlər

Saat 22:10 olmasına baxmyaraq, bəzi marşurt xəttində avtobuslar işləmir. Sərnişinlər isə həmin avtobusların yolunu gözləyirlər. Özü də havanın soyuq olduğu bir vaxtda. Görüntülər paytaxtın Binəqədi rayonu "Azadlıq" metrostansiyasının qarşısındakı dayancaqdandır. Gecə vaxtı ərazidə çəkiliş aparıdğımız zaman sərnişinlərin problemlə qarşılaşdıqlarının şahidi olduq. Səbəb bir çox marşrutdakı avtobusların vaxtından tez qaraja göndərilməsi idi. Məsələn, Mehdabad-Pirşağı qəsəbələri istiqamətinə hərkət edən 179 saylı marşurtdakı avtobusların. Bənzər halı Fatmayi və  Goradil qəsəbələri istiqamətinə hərkət edən 108 və 135 saylı marşrutları üçün də demək mümkündür. Sərnişinlərin sözlərinə görə, hava yağışlı olanda axşam olan kimi bu xətlərdəki avtobuslar işləmirlər.

Metronun "Koroğlu" stansiyasının qarşısından hərəkət edən avtobuslar da ya işləmir, ya da gec gəlirlər. Sürücülər isə buna müxtəlif səbəblər göstərirlər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, Bakıətrafı kənd və qəsəbələrə işləyən sərnişin avtobuslarının intervalı axşam pik saatlardan sonra sərnişin axınına uyğun olaraq tənzimlənir. Konkret sözügedən faktla bağlı agentlik tərəfindən araşdırma aparılıb. GPS sisteminin vasitəsi ilə əldə edilən məlumatlara görə, gecikmələr olsa da hər üç marşurutu xətti üzrə avtobuslar gecə saat 23:30-a qədər işləyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh