Avtobus və taksidə sərnişinlərin sığortalanmasına DİN nəzarət edəcək

Yeniliklər 25 Yanvar 2017 23:58 Oxunub 1321
Avtobus və taksidə sərnişinlərin sığortalanmasına DİN nəzarət edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident İlham Əliyev fərman imzalayıb

Prezident İlham Əliyev “İcbari sığortalar haqqında” 2011-ci il 24 iyun tarixli qanunun tətbiqi haqqında” 2011-ci il 15 sentyabr tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Dəyişikliyə əsasən prezidentin “İcbari sığortalar haqqında” 2011-ci il 24 iyun tarixli qanunun tətbiqi haqqında” 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli fərmanının 4.4-cü bəndində “avtomobil və” sözləri “ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi,” sözləri ilə əvəz edilib.(APA)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh