14 min km məsafəli ən müasir raketi dünyanı qorxuya saldı

Texnologiya 26 Yanvar 2017 12:20 Oxunub 2090
14 min km məsafəli ən müasir raketi dünyanı qorxuya saldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çin Rusiya ilə sərhəddinə nüvə raketləri yerləşdirir?

Çinin düyanın ən müasir raketini sərhəddinə yerləşdirməsi  barədə xəbərlər dünyanı lərzəyə gətirib. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, ölkənin cənub şərqində 14 min km mənzilə sahib olan nüvə balistik raketi "Dongfeng-41"in yerləşdirilməsinə dair iddialar yayılıb. "Dongfeng-41"lər dünyanın ən müasir, inkişaf etmiş qitələrarası ballistik raketi olaraq tanınır. Çin XİN sözçüsü Hua Çunying bu məsələ ilə bağlı aytaxt Pekində fövqəladə mətbuat konfransı keçirib. O, Çinin Müdafiə Nazirliyinin əskər yerləşdirməsi barədə xəbərlərin spekulyasiya olduğunu deyib. Honk Konq və Tayvan mətbuatı Çinin Rusiya ilə sərhəddə yaxın olan Heylongciang əyalətində 14 min km məsafəli "Dongfeng-41" (Şərq küləyi-41) yerləşdirdiyini iddia edib. Çin Komunist partiyasının rəsmi yayım orqanı olan "Global Times" qəzeti də bu iddiaları gündəmə gətirmişdi. Çin ötən ilin aprel ayında "Dongfeng-41" qitələrarası raketin sınağını reallaşdırıb.

http://www.istipress.com/media/image/58896c92e70a4/600@0

ŞƏRH YAZ
Ad

E-mail

Şərh