DYP-dən yol polisi ilə bağlı yayılan daha bir video barədə AÇIQLAMA

Yol polisi 26 Yanvar 2017 14:40 Oxunub 5765
DYP-dən yol polisi ilə bağlı yayılan daha bir video barədə AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bu, ötən ilin noyabrında çəkilmiş videodur və həmin görüntü o vaxt yayılmışdı"

Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Masallı Rayon Yol Polisi şöbəsinin əməkdaşı, polis kapitanı Şəmşir Kərimov barəsində yayılan videogörüntüyə münasibət bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev trend-ə açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb və faktlar təsdiqini tapmayıb: "Bu, ötən ilin noyabr ayında çəkilmiş videodur və həmin görüntü noyabr ayında yayılmışdı. Məsələ ilə bağlı araşdırma aparıldı və məlum oldu ki, Masallı rayon sakini Aydın İslamov sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün saxlanılıb və yol polisi əməkdaşları tərəfindən cərimələnib. Həmin şəxs də belə bir açıqlama verməklə yol polisindən qisas almaq istəyib. Məsələ ilə bağlı həmin şəxs yazılı izahat verərək səhvini boynuna alıb və yalan danışdığını etiraf edib. Videoda danışan Masallı rayon sakini bildirib ki, videonun yenidən yayılmasından xəbəri yoxdur". Qeyd edək ki, Masallı rayon sakini A.İslamov Masallı Rayon Yol Polisi şöbəsinin əməkdaşı Ş.Kərimov tərəfindən saxlanılaraq sənədlərinin alındığını, şəxsiyyət vəsiqəsini yerə ataraq tapdaladığını və onu təhqir etdiyini bildirən videogörüntü yayımlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh