Göz qamaşdıran maşın satılır - FOTOLAR

Al-sat 11 Oktyabr 2014 00:14 Oxunub 2783
Göz qamaşdıran maşın satılır - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Svarovski ilə bəzədilən "Mercedes" 247 min dollardır-Video

Svarovski qaşlarla bəzədilən maşını ilə ingilisləri şoka salan rusiyalı qız "Mercedes"ini satır. Anspress-in məlumatına görə, Darya Radionova maşınını internetdə hərraca çıxarıb. Maşına qoyulan qiymət 247 min dollardır. "Mercedes CLS 350" milyonlarla qaşla bəzədilib. Kişinyov sakini olan Darya Britaniyada təhsil alır. Bir anın içində məşhur olan qızın maşının fotosu bütün tanınmış nəşrlərdə çap edilmişdi. İndi Darya əldə ediləcək pulun bir hissəsini xeyriyyə fondlarına vermək niyyətindədir. Pul sahibsiz heyvanların sığınacaqlarına yönləndiriləcək. 

"Mercedes CLS 350" özü özlüyündə heç də ucuz deyil. Britaniyada bu avtomobilin qiyməti 40 min dollar civarındadır. Maşının bəzədilməsində milyonlarla qaşdan istifadə edilib. Məşhur maşını bəzəyən ustalar Rusiyadan çağırılıblar. Bu iş üçün rus gözəl 32 min dollar pul ödəyib. "Onlar iki ay ərzində sutkada 12 saat işləyiblər. Maşın sayəsində mən həmişə diqqət mərkəzindəyəm. Bəzən mənə elə gəlir ki, mən qəzaya səbəb ola bilərəm".

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh