Dünyanın ən uzun asma körpüsünü kimin tikəcəyi məlum oldu - Türkiyədə

Texnologiya 26 Yanvar 2017 19:03 Oxunub 1809
Dünyanın ən uzun asma körpüsünü kimin tikəcəyi məlum oldu - Türkiyədə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uzunluğu 2023 metr təşkil edən körpü dünyanın ən uzun asma körpüsü olacaq

Türkiyədə Dardanel boğazı üzərində yeni “Çanaqqala-1915” körpüsünün tikintisi ilə bağlı tenderdə “Daelim” (C.Koreya) –“Limak” – SK (C.Koreya) – Yapı Merkezi konsorsiumu qalib gəlib. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhmət Aslan deyib. Onun sözlərinə görə, təklifin texniki tərəflərinə təkrar baxılacaq.

Konsorsiumun layihəsinə əsasən körpünün tikintisi 10,354 milyard lirəyə başa gələcək. Xatırladaq ki, yeni körpünün tikintisi martın 18-də başlayacaq. Körpünün 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.

 

Uzunluğu 2023 metr təşkil edən körpü dünyanın ən uzun asma körpüsü olacaq. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh