Yeni kosmik skafandr təqdim edildi – VİDEO

Texnologiya 26 Yanvar 2017 19:08 Oxunub 2196
Yeni kosmik skafandr təqdim edildi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kostyumlar NASA-nın bütün tələblərinə cavab verir

“Boeing” şirkəti yaratdığı “Starliner” kosmik gəmisinin pilotluq edəcək astronavt üçün skafandrı təqdim edib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, yeni kostyumun əks olunduğu video NASA-nın saytında yerləşdirilib. Analoji versiyalar ilə müqayisədə yeni skafandrlar 1,5 dəfə yüngüldür (doqquz kq yaxın ağırlığı var). Kostyumlar NASA-nın bütün tələblərinə cavab verir. Astronavtın başını qoruyan dəbilqə kostyumun özünə birləşdirilib. Starliner sərnişinin həmçinin sensor əlcəklər sərəncamında olacaq. Kostyum açıq kosmosa çıxış üçün nəzərdə tutulmayıb, onu ştatdankənar hallarda istifadə etmək planlaşdırılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh