Yol polisi binaların həyətində də sürücüləri cərimə edəcək - YDİQQƏT - VİDEO

Avtoxəbər 26 Yanvar 2017 23:32 Oxunub 7509
Yol polisi binaların həyətində də sürücüləri cərimə edəcək - YDİQQƏT - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov cərimə olunmamaq üçün sürücülərə maraqlı ideya verib

Binaların həyətində avtomobili düzgün park etməyənlər cərimə olunacaq. Söhbət avtomobili necə gəldi saxlayaraq digərlərinin qarşısını kəsənlər, hərəkətinə mane olan, ya da yolu bağlayan sürücülərdən gedir. Belə halla qarşılaşanlar vaxt itirir və səs siqnalını verməklə evlərində oturanları da narahat edirlər. Hətta düzgün saxlanılmamış avtomobilin nömrəsini elan edənlər də olur.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə deyir ki, həmin sürücülər bina sakinlərinin şikayəti əsasında cərimələnəcəklər. Dayanma və durma qaydasını pozduğuna görə onların cəriməsi 20 manat olacaq. Vaqif Əsədov cərimə olunmamaq üçün onlara maraqlı bir ideya da verib.

Bununla belə, avtomobil sahibləri bilməlidirlər ki, həyətlərdə keçidləri bağlamaqla onlar həm də fövqəladə hallarda yardımlara da mane ola bilərlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh