Ötən il satışa çıxarılan ən bahalı avtomobillərin - QİYMƏTİ

Avtobazar 26 Yanvar 2017 23:42 Oxunub 2349
Ötən il satışa çıxarılan ən bahalı avtomobillərin - QİYMƏTİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qapalı bazarda təklif olunan maşınların qiyməti bəzi hallarda 500 min manatdan yuxarıdır

Azərbaycanda açıq avtomobil bazarında təklifə çıxarılan avtonəqliyyat vasitələrinin maksimal qiyməti 300-320 min manat civarındadır. Avtosfer.az-ın məlumatına görə, bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. Ekspert bildirib ki, qapalı avtomobil bazarında təklif olunan avtomobillərin qiyməti isə bəzi hallarda 500 min manatdan yuxarıdır:  “Həmin avtomobillər məhdud dairədə alınıb satıldığı üçün açıq bazarda təklif olunmur”.

R.Osmanlı vurğulayıb ki, dəqiq say məlum olmasa da, 2016-cı il ərzində bahalı avtomobillərin alqı-satqısının həyata keçdiyi barədə məlumatlar var:  “Ancaq bu kateqoriyadan olan avtomobillərin də alqı-satqısı ötən illərlə müqayisədə aşağı düşüb”.

Azərbaycana ümumi avtomobil idxalına gəlincə isə, R.Osmanlı bildirib ki, 2016-cı ilin yekunlarına əsasən, Azərbaycana idxal olunan avtomobillərin sayı 15 mindən aşağı olub: “Əvvəlki illərdə isə bu rəqəm xeyli yüksək olub. Misal üçün 2014-cü ilin sonunda bu rəqəm 100 mindən çox olub”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh