Bankla lizinq şirkəti arasındakı mübahisə vətəndaşı çətinə salıb - VİDEO

Xəbərlər 27 Yanvar 2017 00:14 Oxunub 1769
Bankla lizinq şirkəti arasındakı mübahisə vətəndaşı çətinə salıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sevda Babayeva maşınını öz adına keçirə bilmir

Sevda Babayeva 2014-cü ildə lizinqlə avtomobil alıb və 2016-cı ilin dekabrına qədər təyin olunan ödənişi  qrafiklə ödəyərək başa çatdırıb. Hətta lizinq şirkəti ödənişi başa çatdırdığına görə ona yekun maliyyə arayışı da verib. Ancaq Sevda Babayeva bildirir ki, avtomobilini öz adına qeydiyyata aldırmaq üçün bankdan da arayış almalıdır. Ancaq bank bu sənədi verməkdən imtina edir. Buna səbəb kimi isə lizinq şirkətinin banka borcu olduğu göstərilir.

Avtomobilini öz adına keçirə bilməyən xanım sürücü həmin lizinq şirkətində belə hadisə ilə qarşılaşan ilk şəxs olmadığını deyir.

Hüquqşünas Anar Ramazanov bildirir ki, əgər şəxs müqaviləni yerinə yetirib və yekun olaraq bütün borcu ödədiyi üçün maliyyə arayışı əldə edibsə, bu sənəd avtomobili qeydiyyata almaq üçün əsas hüquqi qüvvəyə malikdir.

Ekspert bildirir ki, əgər lizinq şirkəti ilə müqavilədə yekun maliyyə arayışından əlavə başqa sənədin aidiyyatı orqana verilməsi nəzərdə tutulmayıbsa, dövlət qurumu həmin avtomobili sahibinin adına qeydiyyata almalıdır.

Anar Ramazanovun fikrincə, hüquqi olaraq aidiyyatı qurum belə bir sənədlə ona qeydiyyat üçün yaxınlaşan vətəndaşa rədd cavabı verə bilməz.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh