Elektron Təhlükəsizlik Mərkəzi kompüter istifadəçilərinə xəbərdarlıq edib

Texnologiya 27 Yanvar 2017 10:59 Oxunub 1611
Elektron Təhlükəsizlik Mərkəzi kompüter istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təhlükəli ziyanverici yayılıb

Elektron-poçt istifadəçilərini hədəf alan "SAGE 2.0" adlandırılan yeni təhlükəli proqramı təminatı aşkarlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhülkəsizlik Mərkəzindən verilən xəbərə görə ki, bu təhlükə "CryLocker" adlanan ziyanvericinin bir növü hesab olunur. Ziyanverici “e-poçt” istifadəçilərinə EMAIL_[random_numbers]_recipient.zip formasında göndərilir. Mesajın mövzu xanasında heç bir başlıq yazılmır və mesaj istifadəçinin spam qutusuna daxil olur.

SPAM “e-poçt” mesajı aşağıdakı şəkildəki kimi görünür:

https://report.az/storage/news/4a8daef3c946077fe6255b7bc9cbbefc/9cc80246-59b0-40ab-98a3-ee721d1bedc3.jpg

Belə ki, ZİP formatında olan faylın içərisində Word sənədləri və JS faylları mövcuddur. Bu fayllar ziyanverici skriptlərdən ibarətdir ki, əgər fayl kompüterə endirilirsə və açılarsa ziyanverici işə düşərək kompüterdəki bütün fayl sənədlərini şifrələyəcək və fayllar .sage genişlənməsinə çevriləcək. Daha sonra istifadəçiyə bütün növ faylların (audio, video, məlumat bazası, şəkil) şifrələnməsi və bədniyyətlilərin köməyi olmadan onları geri qaytarmağın mümkünsüzlüyü barədə qeyd daxil olur.

https://report.az/storage/news/4a8daef3c946077fe6255b7bc9cbbefc/1cef2e61-f6c1-4435-8147-260d66adf1a8.jpg

Eyni zamanda şifrələnmiş faylların deşifrə edilməsi üçün lazım olan məbləğin ödənilməsi məqsədilə keçidlər yerləşdirilir. Lakin qeyd olunan məbləğin ödənilməsindən sonra faylların deşifrə olunmasına təminat verilmədiyindən, bu tələblə razılaşmaq tövsiyə olunmur. Hələ ki, şifrələnmiş faylların geri qaytarılması texnikaları müəyyənləşmədiyindən istifadəçilərə e-poçt hesablarına naməlum şəxs və ünvandan gələn əlavələri endirməmək və açmamaq tövsiyə olunur.

 

Elektron Təhlükəsizlik Mərkəzi kompüter istifadəçilərinə tövsiyə edir ki, mütəmadi olaraq kompüterlərindəki vacib faylların ehtiyat nüsxəsini (backup) çıxarsınlar və bir başqa qurğuda saxlasınlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh