“Range Rover”lə sərxoş halda DYP-nin maşınını əzən kimdir?

Yol polisi 27 Yanvar 2017 15:02 Oxunub 12754
“Range Rover”lə sərxoş halda DYP-nin maşınını əzən kimdir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov təsdiqləyib

Bakı şəhəri Xəzər rayonunda Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol-patrul xidmətinin avtomaşını qəzaya uğrayıb. Avtosfer.az salamnews-a istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib. Belə ki, sürətlə hərəkət edən “Range Rover” markalı avtomobil arxadan yanacaq doldurmaq istəyən yol-patrul xidmətinin avtomobilinə çırpılıb. Hadisə vaxtı xəsarət alan olmasa da, avtomaşınlara ciddi ziyan dəyib. Həmçinin “Range Rover” markalı avtomaşının sürücüsünün orta dərəcəli sərxoş olduğu da məlum olub. Yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalara başlanılıb və avtomaşınlar cərimə meydançasına aparılıb. Faktı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov təsdiqləyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh