KİV: "Yer kürəsinə nəhəng asteroid düşəcək"

Maraqlı 27 Yanvar 2017 18:34 Oxunub 1998
KİV: "Yer kürəsinə nəhəng asteroid düşəcək"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Asteroidin düşəcəyi yerin müəyyənləşdirilməsi üzrə iş davam edir

NASA əməkdaşları fevral ayında Yer kürəsinə nəhəng asteroidin düşəcəyini, bunun meqa-sunamiyə səbəb olacağını bildiriblər. Hazırda obyektin düşəcəyi yer müəyyən edilməyib, amma onu Böyük Britaniya sakinlərinin görə biləcəyi məlumdur. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, yer kürəsinin sakinləri ilk dəfə WF9 asteroidi təhlükəsi qarşısındadırlar, bu barədə astronom Demin Damir Zaxaroviç danışıb. Alim əmindir ki, nəhəng cisim çoxlu sayda insan tələfatına səbəb olacaq. Çox güman ki, asteroid okeana düşərkən bir şəhəri planetin səthindən silə biləcək meqa-sunami meydana gətirəcək.  

 

NASA fevralda Yer kürəsinə nəhəng asteroidin düşəcəyini təsdiqləyib. Təhlükəli kosmik cismin hərəkətini qurumun əməkdaşları hələ 2016-cı ildə qeydə alıblar, amma bunu ictimaiyyətdən gizləməyi üstün tutublar. Bəzi elmi işçilər WF9 asteroidinin atmosferdə tamamən yanacağına ümid edir. Demin Damir Zaxaroviç əmindir ki, belə böyük cisim Yerin müdafiəsini asanlıqla yaracaq. Asteroidin düşəcəyi yerin müəyyənləşdirilməsi üzrə iş davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh