Bakıda 100 manatlıq qayda pozan sürücülər – 002 və 100 - VİDEO

Yazarlar 2 Fevral 2017 13:50 Oxunub 12718
Bakıda 100 manatlıq qayda pozan sürücülər – 002 və 100 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qarşı yola çıxaraq hərəkət edən bu sürücülər özlərini başqalarından üstün tuturlar

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan iki bahalı avtomobil Avtosfer.az-ın kamerasına «düşüb». «Range Rover» markalı, 10 MS 100 və «Mercedes» markalı 90 *M 002 dövlət nömrə nişanlı avtomobillərin sürücüləri Həsən Əliyev küçəsində qarşı yola çıxaraq qayda pozublar. Onlar özlərini başqalarından üstün tutaraq bir-birinin ardınca əks istiqaməli yola çıxaraq hərəkəti davam etdiriblər. Bununla, həm də digər nəqliyyat vasitələrinə qəza şəraiti yaradıblar.

Qeyd edək ki, bu qayda pozuntusuna görə hər iki avtomobilin sürücüsünü 100 manat, 4 bal cərimə gözləyir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh